İranda hicaba qarşı çıxan qadına 2 il iş verildi

9 Mart 2018 09:58 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Tehranda media mənsublarına açıqlama verən Tehranın baş hakimi Abbas Cəfəri Dövlətabadi, hicabın məcburi olmasına etiraz edən qadının 2 il həbsə məhkum edildiyini bildirib.

Qeyd edək ki, İranın paytaxtı Tehrandakı İnqilab küçəsində 2017-ci ilin dekabrında bir qadın hicabını açaraq onun məcburiliyinə qarşı çıxıb.