Nəzarətdən çıxan peyk Yerlə toqquşa bilər

9 Mart 2018 10:32 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, peykin 20 gün ərzində Yerlə toqquşacağı ehtimal edilir. Zəhərli kimyəvi maddələrlə dolu olan peykin sürətlə Yerə yaxınlaşdığı bildirilir.

Qeyd edək ki, peykin Avropa, ABŞ və ya Yeni Zelandiyaya düşəcəyi gözlənilir.