Qızının evində eyvana çıxdı - Öldü

9 Mart 2018 11:27 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Gülüstan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəşəm Bədəlov həmin qəsəbədə yaşayan qızının evində eyvana çıxan zaman ehtiyatsızlıq nəticəsində 5-ci mərtəbədən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az