Hindistanda zavod yandı - Ölənlər var

9 Mart 2018 11:31 (UTC+04:00)

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, yanğına elektrik cihazın partlaması səbəb olub. Bu da işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsinə görə baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.