Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçiriblər

9 Mart 2018 14:02 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları Ukrayna prezidenti Pyotr Poroşenkonun və baş prokuror Yuri Lutsenkonun istefasını tələb ediblər.

Onlar, həmçininin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması və yeni seçki qanununun qəbul edilməsi ilə bağlı çağırış ediblər.