Qalmaqallı müəllimə 87 il iş kəsildi

9 Mart 2018 14:35 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ibtidai sinifdə şagirdlərdən biri anasına müəllimin ona toxunduğunu deyib. Bunu eşidən ana məktəbə gəlib və məlum olub ki, müəllim təkcə onun qızına deyil, digər qızlara da qeyri-əxlaqi hərəkətlər edib. Valideynlər müəllimi məhkəməyə verib və ona 225 il iş istəyiblər.

Məhkəmə olayın bütün detallarını araşdırandan sonra müəllimə 87 il 6 ay həbs cəzası verilməsi ilə bağlı qərar çıxarıb.