Neymar “Barselona”ya qayıtmaq istəyir

9 Mart 2018 15:52 (UTC+04:00)

AzNews.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Neymar "Barselona"dan getməklə səhv etdiyini başa düşüb. 26 yaşlı Neymar 2017-ci ilin avqustun 3-də bu klubdan ayrılıb. Onun PSJ-yə transfer məbləği 222 milyon avro olub.

Qeyd edək ki, Neymar PSJ-"Marsilya" qarşılaşması zamanı ağır zədələnib.