Ərdoğandan ərəb qızına sevgi etirafı
10 Mart 2013 09:05 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həyat yoldaşının türk yox, ərəb olduğunu bildirib. Xanımının anadan olduğu Siirtdə qatıldığı açılış mərasimində çıxış edən Ərdoğan "Etnik millətçiliyə "yox" deyirik. Əgər ayrı-seçkilik etsəydim, Siirtdən bir ərəb qızıyla evlənməzdim. Niyə evlənməliydim ki?" deyə vurğulayıb.
"Ərəb qardaşımı da, türk qardaşımı da sevirəm. Əgər ayrı-seçkilik etsəydim, ərəb qızı ilə evlənməzdim. Bu hamıya eyni məsafədə dayandığımın isbatıdır" - deyə baş nazir qeyd edib.
Elnarə
AzNews.az