AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 18 yaşlı futbolçu yatağında ölü halda tapılıb.
Fransa Peşəkar Futbol Liqasının açıqlamasında isə bu olayla bağlı bu gün keçiriləcək "Tours" və "Valenciennes" arasındakı oyunun təxirə salınacağı bildirilib. Eyni zamanda bu həftə keçiriləcək oyunlarda bir dəqiqəlik sükut elan ediləcək.
Bir müddət əvvəl daha bir futbolçu - "Fiorentina"ının kapitanı Devide Astori də ürək tutmasından həyatını itirib.