Tofiq Hüseynova general-mayor rütbəsi verildi

9 Mart 2018 18:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamla Tofiq Vaqif oğlu Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, T.Hüseynov Daxili Qoşunların hərbi qulluqçusudur.

Həmçinin Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Prezident İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.