Masallıda 2 otaqlı ev yandı

9 Mart 2018 21:24 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyininin rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonu, Şıxlar kəndində ümumi sahəsi 96 m2 olan birmərtəbəli 2 otaqlı evin tavanı 40 m2 sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.