Xəzərin suyu duzsuzlaşdırılaraq suvarılmada istifadə olunub

9 Mart 2018 22:40 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.

Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.