Bakıda yollar əsaslı şəkildə təmir edilir - Video

10 Mart 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bir tərəfdə istismar müddətini başa vurmuş yollar təmir edilir, digər tərəfdə isə yeni yol salınır.

''Avtomobil Yolları Dövlət Agentliyi'' tərəfindən paytaxtın bir neçə rayon və qəsəbəsində yollarının yenidən qurulması layihəsi həyata keçirilir. Hazırda Lökbatan-Qızıldaş- Lökbatan-Güzdək, Maştağa-Nardaran və Mehdiabad-Pirşağı avtomobil yolları əsaslı şəkildə təmir olunur. Sabunçu rayonu Ramana qəsəbəsində isə iki qəsəbəni birlşədirən yeni yol çəkilir.

Qaradağ rayonuda təmir olunan Lökbatan-Qızıldaş- Lökbatan-Güzdək yolunun ümumi uzunluğu 22,9 kilometrdir. Yol uzun müddət istismar olunduğundan təmirə ehtiyyacı olub. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.Torpaq işləri bitəndən sonra yollara 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək.

Bu yolun yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin və 80 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq. Digər təmir olunan yollardan biri də Mehdiabad-Pirşağı avtomobil yoludur.Yolun yaşayış məntəqələrindən keçən hissələrində yeni piyada səkiləri tikilkəcək, yeni yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Maştağa-Nardaran avtomobil yolunda da yenidən qurma işləri aparılır. Uzun illər istismar olunan və indiyədək təmir olunmayan bu yolun uzunluğu 8,3 kilometrdir.

Yol boyu yeni piyada səkiləri də inşa ediləcək. Hazırda yolun hərəkət hissəsi hazır olan yerlərdə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu yolun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.

Sabunçu rayonu Ramana qəsəbəsində isə iki qəsəbəni birləşdirən yeni yol çəkilir. Yeni yolun uzunlu 3,2 kilometrdir.

Tikinti işlərinin növbəti mərhələsi kimi yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə isə bütün işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.