Silahlı şəxs girov götürdüyü üç nəfəri və özünü öldürüb - ABŞ-da

10 Mart 2018 09:55 (UTC+04:00)

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi açıqlama yayıb.

İlkin məlumata görə, veteranlar evinə hücum edən silahlı şəxs girov götürdüyü 3 nəfəri və özünü öldürüb.

Kaliforniya qubernatoru Jerry Brovn öldürülən qadınların veteranlar evinin işçiləri olduqlarını açıqlayıb.

Silahlı şəxsin hərbi proqramlardan birinin iştirakçısı olduğu və psixi pozuntu səbəbindən proqramdan kənarlaşdırıldığı bildirilir.