Vaşinqtonda parad keçiriləcək

10 Mart 2018 10:34 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, paradda tanklar iştirak etməyəcək.

Parad Veteranlar Günündə keçiriləcək və yalnız "təkərli nəqliyyat vasitələri" nümayiş etdiriləcək.

Tanklar ABŞ paytaxtının küçələrindən keçməyəcək, çünki onlar şəhərin infrastrukturuna zərər verə bilər.

Vaşinqtonda keçiriləcək paradın sonunda hərbi təyyarələrin də iştirakı gözlənilir.