AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çində pulsuz qalan və iki uşağına baxmaqda çətinlik çəkən ata 15 aylıq körpəsini satıb.
Ata körpəsini internet üzərindən pul qarşılığında başqa bir ailəyə verib. O, körpəsinə görə həmin ailədən təxminən 4200 funt-sterlinq (10 min manat) pul alıb. Lakin ata istəyinə çatmayıb. Belə ki, onun atası durumun fərqinə varınca polisə şikayət edib və qısa zamanda nəvəsini tapıb. Uşağı pulla alan ailəsi isə məhkəməyə verilib.