Prezidentin köməkçisi: “Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür”

10 Mart 2018 11:02 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib:

"25 illik məmur həyatımda 3 halda özümü güclü hiss etmişəm. Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli Ordumuzun paradı keçiriləndə, Hökümət Evinin qarşısında ordunun texniki vasitələrini görəndə və media təmsilçiləri içərisində olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz”.