"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı 3195 oldu

10 Mart 2018 11:51 (UTC+04:00)

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Son məlumata görə, əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.