“Volkswagen” 33 mindən çox avtomobili geri çağırır

10 Mart 2018 12:16 (UTC+04:00)

"Azərtac" Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2017-ci illərdə istehsal olunmuş “Touareg” modelindən olan minik vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin mühərrikindəki klapanlar suyun düzgün axınına imkan vermir və bu, nəticədə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Geriçağırılma prosesinə aprelin 30-dan başlanılacaq.