Qadına qarşı quldurluq edənlər tutuldu

10 Mart 2018 12:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Araşdırmalar aparılır.

AzNews.az