Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi

10 Mart 2018 13:24 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.