Milli Məclisin komandası Latviya seyminə qalib gəldi

10 Mart 2018 13:28 (UTC+04:00)

Milli Məclisin mətbuat xidmətindən APA-ya bildirilib ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıb. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digər rəsmi şəxslər izləyiblər.

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıb. Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb.

İkinci oyunda Türkiyə və Polşa komandaları üz-üzə gəlib. Görüş 5:1 hesablı qələbə ilə Türkiyə komandasının xeyrinə nəticələnib.

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışır.