Dərbənd-Bakı yolunda “Range Rover” qəzaya uğradı - Ölən və yaralananlar var

10 Mart 2018 14:03 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, Qara “Range Rover” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində əslən azərbaycanlı olan, rusiya vətəndaşı Orucov Əskər Hacıbala oğlu hadisə yerində, ürək çatışmazlığından ölüb. Avtomobildə olan digər sərnişinlər Bağırov Fərid Elimdar oğlu, Abdullayev Pərvin Tofiq oğlu, Kostuçenko Konstantin xəsarətlə xəstəxanaya yerləşdiriliblər.