Xaricdə 41 seçki məntəqəsi yaradılacaq - 13 820 seçisi səs verəcək

10 Mart 2018 14:36 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

MSK-nın iclasında ölkə hüdudlarından kənarda səs verəcək seçicilərin seçici siyahılarına salınması məqsədi ilə 16 saylı Yasamal İkinci və 17 saylı Yasamal Üçüncü Seçki dairələri müəyyən edilib.

Ölkə hüdudlarından kənarda yaradılacaq seçki məntəqələrində 13 min 820 nəfər səs verəcək.

AzNews.az