Modern.az saytı xəbər verir ki, sabah Bakıdakı “İnter Arena”da keçiriləcək final olununda Azərbaycan və Ukrayna komandaları üz-üzə gələcək.
Oyun saat 12.00-da başlayacaq.
Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparacaqlar.
Xatırladaq ki, Azərbaycan komandası Latviyanı 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Ukrayna deputatları isə türkiyəli həmkarlarını 4:2 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətiili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.
AzNews.az