Poçtun seyfi oğurlandı

10 Mart 2018 16:25 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, axşam saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kənd ərazisində yerləşən poçt şöbəsindən seyf oğurlanıb.

Həmçinin həmin günü kənddə yerləşən ərzaq dükanından da oğurluq edilib.

Hazırda hər iki faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az