Müstəntiq yolla gedərkən öldü - Bakıda bədbəxt hadisə

10 Mart 2018 17:30 (UTC+04:00)

"Report" xəbər verir ki, 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.

AzNews.az