Cəlilabadda qəza - 1 nəfər yaralandı

10 Mart 2018 19:49 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində rayonun Alaşar kənd sakini, 1988-ci il təvəllüdlü Babayev Pərviz Abış oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az