Şair Məmməd Kazım dünyasını dəyişdi

10 Mart 2018 20:13 (UTC+04:00)

“Qafqazinfo”nun məlumatına görə, şair, jurnalist, publisist Məmməd Kazım 83 yaşında dünyasını dəyişib.

M. Kazım “Hünər” və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. O, Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub.

Allah rəhmət eləsin!

AzNews.az