“Müsəlman qardaşları” təşkilatının on üzvü edam cəzasına məhkum edilib

10 Mart 2018 20:45 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Müsəlman qardaşları” təşkilatının üzvü olan məhkumlar sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra silahlı müqavimət təşkil etməkdə, Qahirə və Gizada etiraz aksiyalarında iştirak etməkdə ittiham olunurlar. İstintaqın nəticələrinə görə, ittiham olunanlar Giza əyalətində kütləvi etiraz iştirakçılarının mühafizəsi üçün terror özəkləri yaradıb, polis və ordunun patrulları və postlarına hücumlar edib, partlayıcı qurğular quraşdırıb və polislərin öldürülməsini planlaşdırıblar. Onlar, həmçinin odlu silah saxlamaqda və partlayıcılar düzəltməkdə ittiham edilirlər.