“Əsgər ölümlərinə son“ aksiyası - YENİLƏNİB

10 Mart 2013 14:46 (UTC+04:00)
Azadlıq Radiosunun əməkdaşları xəbər verirlər ki, polis aksiyaçıları dağıtmağa çalışır. Polislər "Əsgər ölümünə son" deyə şüarlar səsləndirən aksiya iştirakçılarına xəbərdarlıq edirlər: "Dağılışın, əks halda həbs olunacaqslız. Qarşıdurma yaratmayın".

Polis yenə də aksiyaçılara qarşı su şırnağından və rezin güllələrdən istifadə edir. Təxminən 5 nəfər daha saxlanıb.

***

15:10

10 mart "Əsgər ölümlərinə son" aksiyası Fəvvarələr meydanında başlayıb. Bir qrup gənc əsgər ölümlərinə etiraz şüarları səsləndirərək meydan boyu irəliləyiblər. Polis dərhal hərəkətə keçib. Aksiyaçılara qarşı dərhal suvuran maşınlardan istifadə olunub, həbslər və zorakılıqlar həyata keçirilib.
Bununla belə, aksiyaçıların qarşısını almaq mümkün olmayıb. Aksiya davam edir.

***

Aksiyaçılar iki dəfə Fəvvarələr Meydanına doğru yürüş etmək istəyiblər. Ancaq polis onların qarşısını kəsib. Onlar aksiyaçıları dağıtmaq üçün rezin güllələr atıblar, eləcə də su şırnaqlarını işə salıblar.
Təxminən on adam saxlanıb.

***

14:38

Sahil bağına, Fəvvarələr Meydanına gedən bəzi küçə və yollar bağlanıb. Xüsusən də Gənc Tamaşaçılar Teatrına gedən və "McDonalds"ın arxasındakı küçələrə nəzarət gücləndirilib.

Ərazidə xeyli sayda dəbilqəli polislər, mülkigeyimlilər var.

Bundan əlavə YAP rəhbərlərindən Əli Əhmədovla Mübariz Qurbanlı Sahil bağı ətrafındadırlar...