Almaniyada təyyarə qəzası - Ölənlər var

10 Mart 2018 22:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Almaniyanın Benshaym şəhərində baş verən qəza zamanı 2 nəfər hadisə yerindəcə ölüb. Hadisəyə dair məlumat şəhərin rəsmi "Facebook" səhifəsində rəhbərlik tərəfindən verilib. İndi qəza yerində yerli polis, yanğınsöndürmə briqadası, xüsusi texniki mütəxəssislər işləyir. Təyyarə qəzasının səbəbləri hələ bilinmir.