ATƏT Parlament Assambleyasının sədri Bakıda

10 Mart 2018 22:58 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini və xanımı Eka Tseretelini Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova qarşılayıb.