Britaniya səfiri İran XİN-ə çağırılıb

10 Mart 2018 23:25 (UTC+04:00)

AzNews.az oxu.az-a istinadən bildirir ki, daha əvvəl bildirilib ki, Britaniya polisi cümə günü İranın Londondakı Səfirliyinin eyvanında etiraz aksiyası keçirmiş dörd nəfəri saxlayıb.

İranın Londondakı səfiri Həmid Baidnecat Səfirliyə hücum olunduğunu təsdiq edib. İran KİV-inin verdiyi məlumata əsasən, Səfirliyə hücum etmiş şəxslərdə bıçaq olub, onlar İranın rəsmi şəxslərinə qarşı şüarlar səsləndiriblər. Səfirin sözlərinə görə, hücum etmiş şəxslər "Britaniya şiələri" cərəyanına aid olublar.

"İranın Londonda yerləşən Səfirliyinə hücum edən bir neçə ekstremist dini qrupların hücumundan sonra ölkənin səfiri İran XİN-ə çağırılıb", - İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bəyan edib.

Həmçinin o, qeyd edib ki, Tehran hadisə ilə bağlı qərarlı addım atmağı, eləcə də Britaniya rəhbərliyini diplomatlar və diplomatik nümayəndələri müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. Britaniya səfiri hadisə ilə bağlı təəssüfləndiyini qeyd edərək, araşdırma əsasında İran tərəfinin məlumatlandırılacağını bildirib.