İki qadın dərmandan zəhərləndi

11 Mart 2018 11:01 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, Şəmkir rayon Təzəkənd kənd sakini 1994-cü il təvəllüdlü Mustafayeva Pərvanə dərmandan zəhərlənərək xəstəxanaya çatdırılıb.

P. Mustafayevaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Gəncə sakini 1996-cı il təvəllüdlü Əliyeva Şəhanə də dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. On tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hər iki fakt üzrə araşdırma aparılır.