Oğrular diri inəyin budunu kəsib apardılar

10 Mart 2013 17:05 (UTC+04:00)



Müsəlmanların da yaşadığı Qərbi Trakyada isə oğrular diri inəyin arxa budunu oğurlayıblar. Bu hadisə bütün ölkədə geniş əks-səda doğurub.
Bundan əvvəl də Yunanıstanda qəribə oğurluq hadisələri qeydə alınmışdı. Gəlirləri azalan vətəndaşlar çıxış yolunu oğurluqda görürlər. Ölkədə bundan əvvəl kilsədən xaç qazanları oğurlanaraq əridlib mis kimi satılıb. Hətta küçələrdən bürünc heykəllər də oğurlanıb.
Paytaxat Afinada 6 ay içində aralarında yunan yazçısı Nikos Kazancakisin də büstünün olduğu 8 büst oğurlanıb. Son hadisə isə Trakyadakı Gümülcine şəhərində baş verib. Yaşlı bir qadının bağındakı inəyə hücum edən ac oğrular inəyi öldürmədən onun budunun birini kəsib aparıblar.


Elnarə
AzNews.az