Futbolçumuz qol vurdu, "Slaviya" uduzdu

11 Mart 2018 17:24 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Fərid Nəbiyev və Rövlan Muradovun çıxış etdiyi klub 21-ci tur çərçivəsində səfərdə “Bohemians”la üz-üzə gəlib. Nəbiyevin iştirak etmədiyi, Muradovun isə 90 dəqiqə oynadığı görüşdə “Slaviya” 2:3 hesabı ilə uduzub. Komandasının qollarından birini Rövlan vurub.

Qeyd edək ki, “Slaviya”nın U-21 komandası 29 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.