Elnurun müğənnilərimizə təklifi var

11 Mart 2018 17:44 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, Elnur tədbirlərin birində onlarla duet oxumaq istədiyini deyib:

“Çoxdandır ağlımda bir layihə var. Öz müğənnilərimiz – Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Sevda Ələkbərzadə, Samir Cavadzadəyə duet təklifi edirəm. Layihəmizin adı da “Biz ailəyik” olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik”.

Qeyd edək ki, tədbirdə iştirak edən müğənnilər Elnurun bu təklifini alqışlarla qarşılayıblar.