Lənkəranda zəncirvari qəza - Foto

11 Mart 2018 18:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, Gəlmətürk qəsəbəsindən əsas yola çıxan Ağayev Ruslana məxsus, 99-HH-699 seriya nömrəli, "Mazda" markalı avtomobil hərəkətdə olan, Mikayılzadə Elvarın idarə etdiyi 10-VC-543 seriya nişanlı, "Mazda" markalı avtomobilə çırpılıb. Nəticədə E.Mikayılzadənin idarə etdiyi avtomobil aşaraq yolun kənarında dayanan daha iki maşına çırpılıb.

Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb. Onlara xəstəxanada ambulator yardım göstərilib.