Berlində türk məscidi yandırıldı

11 Mart 2018 18:20 (UTC+04:00)

AzNews.az Avropa mətbuatına istinadən xəbər verir ki, yanğının PKK/PYD terrorçuları tərəfindən yandırıldığı bildirlir. Terrorun Türkiyənin Suriyada apardığı hərbi əməliyyatılara cavab olaraq təhdid məqsədilə törədildiyi qeyd olunur.

"Şahidlər dedilər ki, onlar (terroristlər) üzü maskalı olan 3 nəfərdən ibarət idilər. Məscidi yandırdıqdan sonra dərhal hadisə yerindən qaçaraq uzaqlaşdılar." deyə məscid assosiyasiyasının rəhbəri Bayram Türk bildirib.

Ümumiyyətlə, PKK Almaniya hökuməti tərəfindən 1993-cü ildən bəri onların fəaliyyətinə qadağa qoyulub. Lakin kürd immiqrantların arasında onların hələ də 14.000 davamçısı var.

Qeyd edək ki, bu ilin yanvar ayının 30-dan etibarən Türk silahlı ordusu Afrin-də "Zeytun budağı" əməliyyatını həyata keçirir.