Türkiyəyə məxsus şəxsi təyyarə İranda qəzaya uğradı - Yeniləndi - Foto

11 Mart 2018 21:08 (UTC+04:00)

AzNews.az bu barədə Hürriyet-ə istinadən xəbər verir.

BƏƏ-nin Şarika şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub.

Məlum olub ki, təyyarədə ölənlərdən biri iş adamı Hüseyn Başaranın qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış.

Qəza nəticəsində sağ qalan olmayıb.

20:17

***

AzNews.az Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Türkiyəyə gələn bu təyyarə İranın paytaxtı Tehranda qəzaya düşdü.

Qeyd edək ki, Başaran Holding-ə məxsus olan bu təyyarə BƏƏ-nin Şarika şəhərindən İstanbula gəlirdi.