Avtomobillər toqquşdu - 27 yaşlı oğlan öldü

12 Mart 2018 09:00 (UTC+04:00)

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. ​