İvanka Tramp evi üçün kirayənişin tapa bilmir

12 Mart 2018 16:49 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Nyu-Yorkun ən gözəl malikanələrinin olduğu Manhettendə İvanka Trampın da evi var. İvanka Tramp, 3 ay ərzində 17 əmlak saytında evini kirayə vermək üçün elan verib, amma heç kim onun elanına reaksiya verməyib. Evi üçün 13 min dollar tələb edən prezident qızı axırda bundan bezib. İvanka evini daha ucuz qiymətə kirayə vermək qərarına gəlib.