Daxili Qoşunlara yeni qərargah rəisi təyin edildi

12 Mart 2018 16:54 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevsərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.

AzNews.az