Gürcüstanın Azərbaycana borcu azalıb

12 Mart 2018 18:10 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirliyi xəbər yayıb.

Hal-hazırda borcun ümumi miqdarı 8,495 mln. dollardır.

Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 303,121 mln. dollar təşkil edir ki, bu məbləğin 5 mlrd. 216,368 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (294,771 mln. dollar), Yaponiya (220,677 mln. dollar) və Fransadır (214,954 mln. dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana olan borcu yanvar ayı ilə müqayisədə azalaraq müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edir.