Salyandakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib

12 Mart 2018 21:08 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, qəzada həlak olanlar 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.

Faktla bağlı araşdırma davam etdirlir.

20:24

***

AzNews.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.


Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb. Əməliyyat başa çatıb.

18:17

***

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və biri nəfər ağır bədən xəsarətləri alıb.

Faktla araşdımalara başlanılıb.