Avropa Şurasının baş katibi İlham Əliyevə məktub göndərib

12 Mart 2018 18:48 (UTC+04:00)

AzNews.az bu barədə APA-a istinadən xəbər verir.

Məktubda deyilir:

“Möhtərəm Prezident. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi. Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır”.