“Facebook” inqilabına 2 milyon dollar ayrılıb” – İDDİA

10 Mart 2013 20:21 (UTC+04:00)



Qafqazinfo-nun məlumatına görə, məqalədə hələ 2011-ci ilin martın 7-də, "ərəb baharı"nın qızğın dövründə İnsitutun rəhbəri Aleks Qriqoryevsin Ədliyyə Nazirliyinə çağırılması və ona rəhbərlik etdiyi nümayəndəliyin bağlanmasını tələb edən məktubun verilməsindən tutmuş, ABŞ-ın o zamanki dövlət katibi Madlen Olbraytın Milli Demokratiya İnstitutunun fəaliyyətini bərpa etməsi üçün şəxsən prezident İlham Əliyevə müraciət etməsi kimi faktlar yer alıb.
Amerika xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olan İnstitutun xüsusən də bu regionda müxtəlif siyasi layihələrə fantastik maliyyə vəsaiti ayırdığı bildirilir.
Məqalədə həmçinin Azərbaycanda olduğu üç il ərzində İnstitutun rəhbəri Aleksin yerli banklardan öz hesabından təxminən 2 milyon dollara yaxın pul çıxartdığı, lakin həmin pulun hansı istiqamətdə xərclənməsi ilə bağlı İnstitutun rəsmi saytında heç bir məlumat verilmədiyi qeyd olunur.

AzNews.az