Braziliyada Xocalı soyqırımı ilə bağlı məqalə dərc olundu

12 Mart 2018 21:37 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Parana Federal Universitetinin siyasi elmlər üzrə magistrı, Dağlıq Qarabağ və Cənubi Qafqazdakı münaqişələr üzrə mütəxəssis Joao Ricardo Guilherme Zimmer Xavier tərəfindən yazılan məqalə cari ilin 27 fevral tarixində portuqal və ingilis dillərində sayta yerləşdirilib.

Məqalədə Xocalı şəhərində 26 il əvvəl erməni separatçıları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı etnik təmizləmə, soyqırımın çoxsaylı qurbanları arasında uşaq, qadın və qocaların olması, Qarabağın bütün mədəni və maddi irslərinin məhv edildiyi, erməni işğalçılarının BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnamələrinə əməl etmədikləri və Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğalının ağır nəticələri qeyd edilmişdir. Məqalədə həmçinin “Xocalıya Ədalət“ beynəlxalq kompaniyasına dair məlumat verilib .

Bununla yanaşı cari ilin 5 mart tarixində, Azərbaycan Respublikasının Braziliyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxovun, Braziliyada nəşr edilən “Correio Braziliense” qəzetində “Lembrando o conflito Khojaly” məqaləsi dərc edilib.

Məqalə Xocalı soyqırımına həsr edilmiş, Azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlər, o cümlədən günahsız insanların amansızcasına qətlə yetirilməsi diqqətə çatdırılıb. Yazıda həmçinin BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnamələrinə əməl etmədən, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalı altında hələdə olduğu, Ermənistan rəhbərliyinin danışıqlarda destruktiv mövqe tutduğundan münaqişənin həlli mümkün olmadığı qeyd olunub. Məqalədə həmçinin “Xocalıya Ədalət” (www.justiceforkhojaly.org) beynəlxalq hərəkatına qoşulma çağırışı oxuculara ünvanlanmışdır. Qeyd olunasıdır ki, hər iki mətbuat orqanı Braziliyanın aparıcı KİV-nə aiddirlər və geniş oxucu kütləsinə malikdirlər.