Bakının mərkəzində minik maşını yandı

12 Mart 2018 23:10 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.

Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb.